TANAP-a 500 milyon dollar kredit ayrıldı


02:37     19 Oktyabr 2017 tanap1.jpg

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Trans-Anadolu Qaz Boru Kəməri üçün “Cənub Qaz Dəhlizi” QSC-yə 500 milyon dollar kredit ayırıb.


Femida.az Anadolu agentliyinə istinadən xəbər verir ki, AYİB-dən verilən açıqlamada Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çatdırılmasını təmin edəcək TANAP layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayacağı bildirilib.

Qeyd edək ki, boru kəmərinin 2018-ci ilin ortalarında inşası tamamlanacağı bildirilir.

TANAP layihəsində Azərbaycanın “Cənub Qaz Dəhlizi” şirkətinin 58 faiz, Türkiyənin BOTAŞ şirkətinin 30 faiz və BP şirkətinin 12 faizlik payı var.

Açar sözlər:

Oxunub: 805