XİN: `2018-ci ildə razılığa gəlmək üçün şans var`


18:09     19 Oktyabr 2017 rusiya%20xin.jpg

"Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın əsas maddələri artıq razılaşdırılıb. 2018-ci ildə razılığa gəlmək üçün şans var".


Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri, prezidentin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov RİA "Novosti"-yə müsahibəsində deyib.

"Klassikadan da məlum olduğu kimi, "tam zəmanəti ancaq sığorta verir". Lakin ciddi danışsaq, gələn il Xəzərin statusu ilə bağlı danışıqlar prosesinin uğurla nəticələnməsi üçün bütün şanslar və şərtlər mövcuddur", - deyə rusiyalı diplomat bildirib.

İ. Bratçikovun sözlərinə görə, Xəzərin statusu ilə bağlı konvensiyanın maddələrinin çoxu razılaşdırılıb. O, sənəddə beş ölkənin bütün tələblərinin harmonik balanslaşdırıldığını, milli maraqlarının pozulmadığını vurğulayıb: "Bütün tərəflər anlayır ki, müxtəlif sahələrdə əməkdaşlıq etməyimiz, mümkün mübahisəli məsələlərin həlli, regionda təhlükəsizliyin qorunub saxlanılması və Xəzərin dostluq və mehriban qonşuluq dənizi olması üçün Konvensiya güzəştli hüquqi alət olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1164