70 nəfər avtoxuliqanlığa görə məsuliyyətə cəlb olunub
20:43 19 Oktyabr 2017
Bu ilin 9 ayı ərzində Bakıda baş vermiş 450 yol-nəqliyyat hadisəsində 139 nəfər ölüb, 392 nəfər xəsarət alıb.
Femida.az -ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,2%, xəsarət alanların sayı isə 23,9% azalsa da, ölənlərin sayı 0,7% artıb.
Yol hərəkətinə nəzarət prosesində 14,4% çox və ya 648.897 (+81.911), o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 396.286 (-54.037, 450.323), ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 19.498 (+13.248, 6.250), nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 1.986 (-1.295, 3.281) inzibati xəta aşkar edilib.
Nəticədə həm ümumi qayda pozuntularının aşkarlanması (0,6), həm də kobud qayda pozuntularının aşkarlanması (0,3) artıb, habelə 70 (49) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.
Müşavirədə həmçinin qeyd olunub ki, bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 48.795 (+1.072, 47.723) protokol tərtib olunub, əlaqələrində olan 966 inanılmış şəxsdən 6.612 məlumat alınıb, 933 (+268, 665) münaqişəli ailə profilaktiki uçota götürülüb.
Femida.az
Oxunub: 1118
Oxşar xəbərlər
- 700 hərbi əsiri azad edən `Mixaylo`nun ölümünün sirli məqamları - FOTOLAR
- 70 yaşlı qadının meyiti tapılıb
- 700 şirkət Kataloniyanı tərk edib
- 70 minə yaxın abonentin qazı kəsilib - SƏBƏB
- 70 dövlət əmlakı hərraca çıxarılacaq
- 700 min nəfər təxliyə edilib - Qasırğaya görə
- 70 yaşlı qadın özünü asdı
- 70 sərnişinin olduğu qayıq batıb
- 700-dən çox insan səyyar `ASAN qatar`a üz tutdu
- 700 bal toplayanlar bu universitetləri seçdilər