Kərkükdə kürdlər polisə hücum edib, ölən və yaralananlar var


14:41     20 Oktyabr 2017 10088619.Jpeg

İraq Silahlı Qüvvələrinin nəzarətində olan Kərkükdə polis əməkdaşlarına silahlı hücum edilib.


Femida.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, türkmənlərin sıx məskunlaşdığı şəhərdə polislərə edilən hücum nəticəsində bir polis ölüb, 4-ü yaralanıb.

Anadolu Agentliyi hücumun hədəfinin mərkəzi hökumətin polis əməkdaşları olduğunu açıqlayıb. Məsud Bərzaninin “Rudaw” televiziyası isə hücumu “könüllü” kürd döyüşçülərin təşkil etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, mübahisəli “müstəqillik” referendumundan Kərkükdə gərginlik səngimək bilmir. Şəhərin müxtəlif yerlərində mütəmadi atışmalar olur. “Reuters”in məlumatına görə, şəhərdə gərginlik müşahidə olunsa da, həyat normal axarı ilə davam edir. Kərkükün bütün dükan-bazarlarında İraq bayraqları satılır.

Xatırladaq ki, İraq Silahlı Qüvvələri “referendum”dan sonra Kərkükü Kürd Silahlı Birləşmələrinin əlindən alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 753