İlham Əliyevin Türkiyə səfərinin — Proqramı


14:58     20 Oktyabr 2017 erdogan%20bakiya%20gelir5.jpg

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Türkiyənin İstanbul şəhərinə səfər edib.


Azərbaycan prezidenti türkiyəli həmkarının dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edəcək.

Femida.az-ın əldə etdiyi məlumata görə, D-8 Zirvə toplantısı Bakı vaxtı ilə saat 11:00-da Lütfü Kırdar Mədəniyyət və Konqres Mərkəzində işə başlayacaq. Azərbaycan prezidenti də zirvə görüşünə qatılacaq.

Bundan əlavə 15:00-da dövlət başçıları və hökumət rəsmilərinin şərəfinə rəsmi nahar veriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1441