Yolu keçmək istəyirdi - Maşının altında qaldı


15:37     20 Oktyabr 2017 piyada%20qadin.jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 19-da Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Masallı şəhər sakini Sərdar Əzizov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Narın Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 720