Azərbaycanla Çin arasında Anlaşma Memorandumu təsdiqləndi


17:48     20 Oktyabr 2017 milli%20meclis1.jpg

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.


Femida.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, Çindən Azərbaycana böyük miqdarda mal idxal olunur. Onun sözlərinə görə, sözügedən memorandum məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Memoranduma əsasən, tərəflər sertifikatların qarşılıqlı tanınmasına imkan verəcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi ilə Çin Xalq respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumu bu ilin mayın 15-də imzalanıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 629