Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
17:58 20 Oktyabr 2017
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin gələn il başa çatdırılması nəzərdə tutulur.
Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın 2018-ci il Dövlət büdcəsi layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, bu məqsədlə respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Mingəçevir və Naftalan şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Oğuz, Zaqatala, Zəngilan, Qax, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Tərtər, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl, Göyçay rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılıb.
Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70,6 milyon manat vəsait proqnozlaşdırılıb.
Femida.az
Oxunub: 943
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin sentyabr konfransı keçirildi
- Müəllimlərin işə qəbulu prosesi başa çatıb
- Müəllimlərin işə qəbulunun nəticələri açıqlanıb
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində - Yenilik
- Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
- Müəllimlərin işə qəbulunun vaxtı açıqlandı