Nümayəndəlik institutu ləğv edilmədi


18:14     20 Oktyabr 2017 millimeclisyeni.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında 3 məsələ gündəlikdən çıxarılıb.


Femida.az-ın məlumatına görə, bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir.

Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərib.

Qeyd edək ki, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.

Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edib.

Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 4217