Aslan İsmayılovdan hüquqşünaslara qarşı təxribat: “Mitinq eləyin!”


18:17     20 Oktyabr 2017 207608_208658332485997_4788479_n.jpg

Xəbər verdiyimiz kimi, dünən bir qrup hüquqşünasın iştirakı ilə Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə “Azərkitab”ın konfrans zalında dəyirmi masa keçirilib.


Femida.az xəbər verir ki, dəyirmi masada digər hüquqşünaslarla yanaşı keçmiş vəkil Aslan İsmayılov da iştirak edib. Lakin Aslan İsmayılovun tədbirdə iştirakı bəzi xoşagəlməz halların yaranmasına səbəb olub.

Əldə etdiyimiz məlumata görə, A.ismayılov yaranan narazılıqla bağlı konfrans zalını hamıdan tez tərk etməli olub. Buna səbəb isə onun səsləndirdiyi fikirlər olub. Belə ki, Aslan İsmayılovun Nümayəndəlik İnstitutunun ləğvinin qarşısını almaq üçün hüquqşünasları mitinq keçirməyə çağırması zalda etiraz doğurub. Dəyirmi masada iştirak edən bir çox hüquqşünas Aslan İsmayılovun bu təklifini çox uğursuz hesab edərək müzakirələrin istiqamətini dəyişməyə cəhd ediblər. Buna hiddətlənən Aslan İsmayılov tədbir heç yarıya çatmamış zalı tərk edib.

Qeyd edək ki, sözügedən tədbirin sonunda hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsinin Milli Məclisin müzakirəsindən çıxarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.

Onu da əlavə edək ki, Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı məsələ artıq Milli Məclisin gündəliyindən çıxarılıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4186