MTRŞ 11 quruma yayım lisenziyası verib


20:57     20 Oktyabr 2017 716389e4-26a0-41d6-ba1e-e10bf897c110.jpg

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclas keçirilib.


Şuradan Femida.az-a verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, “AZTELEKOM” MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV” MMC-yə, “MetroNet” MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 624