İraq ordusu ilə kürd peşmərgə qüvvələri arasında şiddətli döyüşlər başlayıb.


00:28     21 Oktyabr 2017 iraniraq.jpeg

İraqın şimalında, Ərbil-Kərkük avtomobil yolunda İraq ordusu ilə kürd peşmərgə qüvvələri arasında şiddətli döyüşlər başlayıb.




Femida.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İraq silahlı bölmələri Kərkükün Altınkörpü qəsəbəsində nəzarəti ələ keçirdikdən sonra kürd peşmərgə qüvvələrinin mövqelərinə yaxınlaşıb və nəticədə toqquşma başlayıb.

Döyüşlər nəticəsində peşmərgə qüvvələrinə məxsus bir neçə texnika sıradan çıxıb. Yaralıların olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 685