İŞİD Kabili partlatdı - Ölənlər var


01:34     21 Oktyabr 2017 kabil%20partlayis.jpg

Əfqanıstanın paytaxtı Kabildə məsciddə partlayış baş verib.


Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30 nəfər ölüb, 20-dən çoxu yaralanıb. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir

Kabilin qərb bölgəsində yerləşən imam Zaman məscidində partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məlumata görə, daha bir partlayış Əfqanıstanın Qur əyalətində törədilib. Burada terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 20-dək insan yaralanıb.

Açar sözlər:

Oxunub: 576