Bakı-Xarkov-Kiyev reysi 100 manata olacaq


21:37     21 Oktyabr 2017 big_1418637590_qatar.jpg

Noyabrın 9-dan həftənin 1-ci və 4-cü günləri Bakı-Xarkov-Kiyev reysi fəaliyyətə başlayacaq.


Femida.az xəbər verir ki, reysin yola düşmə vaxtı Bakı vaxtı ilə saat 11:00-da olacaq. Gediş qiyməti 100.00 manat təşkil edir

Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər.

Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.

Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 649


Oxşar xəbərlər