Naviqasiya problemi yaranan təyyarə Bakıya eniş edib - YENİLƏNİB


17:00     22 Oktyabr 2017 azal%20ozelles.jpg

Oktyabrın 21-də Astanadan Bakıya uçan, lakin naviqasiya sistemində yaranmış texniki problemlərə görə Qazaxıstan paytaxtına qayıdan sərnişin təyyarəsi yenidən Bakıya qayıdıb.


Bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, təyyarə saat 11:00-da Bakıya eniş edib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 90 sərnişin olub.

***

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemə əlaqədar geri qayıdıb.

Femida.az TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, avialayner Bakı vaxtı ilə saat 22:56-da ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.

Təyyarənin göyərtəsində 90 sərnişin olub.

Femida.az

Açar sözlər:

Oxunub: 842


Oxşar xəbərlər