Aleksey Navalnı azadlığa çıxıb - FOTO


16:51     22 Oktyabr 2017 37721295_401.jpg

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı azadlığa buraxılıb.


Femida.az xəbər verir ki, bu barədə Navalnı "İnstagram" səhifəsində foto paylaşarq həbsdən çıxdığını bəyan edib.

Qeyd edək ki, Aleksey Navalnı oktyabrın 2-də 20 sutka inzibati həbs cəzası alıb. O, icazəsiz kütləvi aksiyaya çağırışda təqsirli bilinib. Aleksey Navalnı bu il iyunun 12-dən iyulun 7-dək eyni ittihamla inzibati həbsdə yatıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1579


Oxşar xəbərlər