Saakaşvili tərəfdarları Ukraynadan deportasiya edilir
17:54 22 Oktyabr 2017
Gürcüstanın sabiq prezidenti, Ukrayna "Yeni qüvvələrin hərəkatı"nın lideri Mixail Saakaşvili tərəfdarlarının saxlanılaraq Ukraynadan deportasiya edildiyini bildirib.
Femida.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, M.Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.
"Dostum... David Makişvilini, habelə keçmiş mühafizəçimi və sürücümü (...) xüsusi reyslə, Ukrayna Milli Qvardiyanın təyyarəsi ilə Gürcüstana deportasiya ediblər", - deyə M.Saakaşvili yazıb.
Bundan əvvəl M.Saakaşvili Kiyevdə onun sabiq mühafizə rəisi Georgi Rubaşvilinin silahlı şəxslər tərəfindən saxlanıldığını, habelə yaxın tərəfdarları Makişvili və Mixail Absianidzenin əlaqəyə çıxmadığını bildirmişdi.
Femida.az
Oxunub: 895
Oxşar xəbərlər
- Saakaşvilinin tərəfdarları Oktyabr sarayını ələ keçirdilər
- Saakaşvilidən geri addım: Poroşenkoya barışıq təklif etdi
- Saakaşvilini kimlər maliyyələşdirir? - Özü açıqladı
- Saakaşvili dindiriləcək
- Saakaşvilinin xanımı etiraz aksiyalarına başladı
- Saakaşvili aclıq aksiyasına başladı
- Saakaşvili binanın damına çıxıb intihar etmək istədi - Saxlanıldı
- Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram
- Saakaşviliyə Ukraynada leqal yaşamağa icazə verildi
- Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib