Kamikadzelər hazırlayan məkəz bombalandı - 40 ölü


20:55     22 Oktyabr 2017 BOMBALADI2.jpg

ABŞ-ın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının təlim düşərgəsinə hava zərbəsi endirib.


Femida.az -ın məlumatına görə, bu barədə "Khaama Press" agentliyi xəbər verib.
Qeyd edilir ki, əməliyyat ölkənin şərqindəki Nanqarhar vilayətində keçirilib. Zərbə nəticəsində azı 40 silahlı məhv edilib.
Yerli təhlükəsizlik orqanı məmurunun sözlərinə görə, hava zərbəsi nəticəsində həmçinin terrorçuların silah ehtiyatı və partlayıcı vasitələri də məhv edilib.
Hakimiyyət orqanları rəsmilərinin məlumatında bildirilir ki, düşərgədə kamikadzelər hazırlanırmış.

Açar sözlər:

Oxunub: 652


Oxşar xəbərlər