Lənkəranda qəza: Xəsarət alanlar var


21:55     22 Oktyabr 2017 1359952125_qeza-avariya-mainyeni.jpg

Lənkəranda iki minik avtomobil toqquşub, xəsarət alanlar var.


Hadisə Lənkəranın Zövlə kəndi ərazisində qeydə alınıb.

Kənd sakinləri - 1992-ci il təvəllüdlü Mirsəlam Əziz oğlu Abbaszadənin idarə etdiyi “Mercedes” markalı 99 GA 562 markalı avtomobillə 1966-cı il təvəllüdlü Seymur Əsədovun idarə etdiyi “Opel” markalı 42 BV 381 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində “Opel” elektrik dirəyinə çırpılıb və dirək aşıb. Nəticədə “Opel”-də olan iki nəfər xəsarət alıb və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların qadın və azyaşlı olduğu bildirilir.(APA)

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 834