Bakı-Qazax yolunda qəza, xəsarət alan var


01:42     23 Oktyabr 2017 qeza%20yeni8.jpg

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “Shacman” markalı yük avtomobİllə toqquşub. Qəza zamanı “Mercedes"in sürücüsü Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 804