Gürcüstanda keçirilən bələdiyyə seçkiləri başa çatıb


02:54     23 Oktyabr 2017 big_1419494660_secki.jpg

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.


Femida.az xəbər verir ki, seçki məntəqələri Bakı vaxtı ilə 20:00-da bağlanıb.

Seçkilər 3 min 644 seçki məntəqəsində keçirilib. "Seçkilər dinc, sakit şəraitdə keçib, heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb, seçicilər özlərini sərbəst ifadə etmək imkanına malikdirlər", - deyə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri jurnalistlərə bildiriblər. MSK-nın məlumatına görə, 17:00 üçün seçicilərin seçkilərdə fəallığı 36,7 faiz təşkil edib ki, bu da 2014-cü ilin analoji seçkilərindəkindən bir qədər çoxdur.

Həmin zaman fəallıq 35 faiz təşki edib. Gürcüstan qanunlarına görə, seçicilərin iştirak faizindən asılı olmayaraq seçkilər baş tutmuş hesab olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 775