Şəhid əsgərimiz Saatlıda dəfn ediləcək


03:11     23 Oktyabr 2017 1450599468_sehid.jpg

Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.


Saatlı Rayon İcra Hakimiyyətindən report-a verilən məlumaata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.

Qeyd olunub ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.
Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1510