Taksidə qan töküldü


13:12     23 Oktyabr 2017 taksi4.jpg

Bakının Nizami rayonu ərazisində 29 yaşlı kişini bıçaqlayıblar.


Femida.az xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub. Həmin ünvanda qarın nahiyəsindən bir bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır.

Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 985