Kəmaləddin Heydərovla görüşmək istəyirsiniz?


14:59     23 Oktyabr 2017 kemaleddin-heyderov-1.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 27-də Şabran şəhərində vətəndaşları qəbul edəcək.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan başlayacaq qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 26-da saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1241