Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA


15:41     23 Oktyabr 2017 zelzele%201.jpg

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda seysmoloji durum fon səviyyəsindədir.


Femida.az-ın xəbərinə görə, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, il ərzində baş verən təkanların hamısı zəif olub - 3 bal civarında.

“Onu da biz fon səviyyəsi kimi qəbul edirik. Bu gün elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə baş versin, güclü dağıdıcı zəlzələ gözlənilsin. İndiyədək aparılan tədqiqatlar bunu göstərir. Yaxın günlərdə də elə bir güclü təkan gözlənilmir ki, onun nəticəsində böyük çatlar yaransın”, - deyə mərkəz baş direktoru əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1798