Ürəyi tutdu, məktəbdə öldü - UCARDA FACİƏ


15:54     23 Oktyabr 2017 tecili%20yardim%20yarali.jpg

Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.


Hadisə bu gün səhər saatlarında Ucar şəhərin 2 saylı tam orta məktəbində qeydə alınıb. Məktəbdə laborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlü Zeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.

Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 4093