Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb


20:50     23 Oktyabr 2017 1398947325_mehkeme.jpg

Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.


Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.Əzizov çıxış edib.

O bildirib ki, zərərçəkmiş Vidadi Əzizov xarici ölkənin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb: "O, həmin şəxlər qarşısında öhdəlik götürüb. Biz də onu şübhəli şəxs qismində saxlamışdıq. Mən isə rəhbərliyin göstətişi ilə onun çantasını götürmüşəm. Bu işdə heç bir günahım yoxdur".

M.Əzizov günahsız olduğunu və barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Məhkəmə heyəti müşavirəyə yollanıb.

Müşavirədən sonra prosesdə qərar elan edilib.

Qərara əsasən, M.Əsgərovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Zərərçəkmiş Vidadi Əzizovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 990