Bakıda piyadanı vurub qaçan sürücü tutulub


22:52     23 Oktyabr 2017 cinayet%20tutul%20azadliq%20ogur6.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, oktyabrın 22-də saat 18.00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.

Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.
İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 719