Hacıqabulda evə basqın: qızı hədələyərək...


21:24     23 Oktyabr 2017 ogurluq%20basqin0.jpg

Hacıqabulda evə basqın olub.


DİN-dən Femida.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə girib onu və qızı Rəhiməni bıçaqla hədələyən, lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Məlumata görə, evə basqın edən şəxslər maskalı olublar. Artıq hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 797