Sarkisyan Rusiya ilə “Birləşmiş qoşun qrupları“ yaradır


00:20     24 Oktyabr 2017 2015-06-27-10-11-44serj-sarkisyan-full-640.jpg

Ermənistan prezidenti Serj Sarqsyan “Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında razılığ”ı oktyabrın 23-də təsdiqləyib.


Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Ermənstan prezdentinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Serj Sarqsyan Rusiya, Belarus və Ermənistan arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında razılşamanı təsdiqləyib.
Məlumatda həmçinin o da bildirilir ki, İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında sərmayələrin stimullaşdırılması və qarşılıqlı müdafiəsi haqqında razılıq da ratifikasiya olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1969