Xətai rayonunda yanğın baş verib


01:43     24 Oktyabr 2017 2015-05-14-09-24-12fhn-yangin-masin-full-liderxeber-640-sekil.jpg

Bakıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda yol kənarında 50 m2 sahədə taxta tullantıları yanıb.

Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 15 m2 olan qarajın üzlüyü 4 m2 sahədə, içərisində olan televizorun və su nasosunun üzlükləri əriyib.

Qarajın qalan hissəsi və yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 871