Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı


01:58     24 Oktyabr 2017 2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-6402.jpg

Tbilisinin Varketili rayonunda hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib.


Femida.az -ın “Apsny.ge” saytına istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində Gürcüstan vətəndaşı və Azərbaycan vətəndaşı saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, saxlanılan şəxslər biznesmenlərdən birindən hədə yolu ilə pul tələb ediblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 695