Ermənistanda rusiyalı əsgər intihar edib


13:11     24 Oktyabr 2017 95746490-tass-8410715.jpg

Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.


TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən xidmət yoldaşını öldürüb, sonra isə intihar edib.

İnsidentlə əlaqədar hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 842