Yol kənarında dayanan qadını motosiklet vurub


13:34     24 Oktyabr 2017 motosikler.jpg

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az report-a istinadən bildirir ki, 1986-ci il təvəllüdlü Süleymanova Səbinə Nemət qızı Azadlıq prospektində yol kənarında dayanan zaman onu motosiklet vurub.
Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Motosikletin sürücüsü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 753