Sürücülər dövlət büdcəsinə nə qədər ziyan vurub?
14:37 24 Oktyabr 2017
2017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 2150 ədəd yol nişanları, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəkləri, 826 ədəd siqnal bayraqları, 10 090 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 513,5 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
Femida.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin hesabatında deyilir.
Məlumatda deyilir ki, görülən tədbirlərə baxmayaraq, hesabat dövründə respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib ki, bundan da 285,3 min manatı ödənilib (56,5%), o cümlədən respublika üzrə 235,8 min manat ödənilib ( dəymiş ziyanın 59,1%), Bakı şəhəri üzrə 49,5 min manat ödənilməsi təmin olunub ( dəymiş ziyanın 46,7 %).
Femida.az
Oxunub: 1036
Oxşar xəbərlər
- Sürücülərə xəbərdarlıq
- Sürücülərin nəzərinə - Bu yollarda tıxac var
- Sürücülər bu hərəkətə görə cəzalandırılmayacaq
- Sürücülərlə bağlı qalmaqallı maddə ləğv edilir
- Sürücülər üçün vacib xəbərdarlıq
- Sürücülərə sabahkı günlə bağlı ciddi xəbərdarlıq
- Sürücülərə ara məsafəsi ilə bağlı yeni təklif - VİDEOÇARX
- Sürücülər üçün 50 manatlıq cərimələr olacaq - VİDEO
- Sürücülərə ciddi nəzarət olunacaq - RƏSMİ
- Sürücülərə şad xəbər - Masazır yolunda tıxaca son