Bu rayonda su olmayacaq


15:08     24 Oktyabr 2017 su%20olmayacaq6.jpg

"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edib.


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 516