Azərbaycanlı şagirdi təhqir edən gürcü müəllim işdən çıxarıldı


15:15     24 Oktyabr 2017 gurcu%20mekteb.jpg

Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub.


Femida.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.

Məktəb direktorunun qərarını qanunsuz hesab edən bəzi müəllimlər də D. Kezuanın müdafiəsinə qalxıblar. Onlar D. Kezuanın işə bərpa olunmasını tələb ediblər.

Gürcüstanın Təhsil və Elm Nazirliyinin bu gün dərs prosesinin sonunda məktəb direktoru Mariam Tavartkiladze ilə bağlı qərarı açıqlayacağı gözlənilir. Nazirliyin Audit idarəsi M. Tavartkiladzenin fəaliyyətini araşdırıb. Yayılmış məlumata əsasən məktəb direktoru vəzifədən getmək barədə qərar qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1730