CNN-in aparıcısı `qara siyahı`ya daxil ediləcək - XİN


15:16     24 Oktyabr 2017 84d08175-8e23-4a3a-841d-318011023ede_640.jpg

CNN telekanalının şou aparıcısı, amerikalı baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

Xatırladaq ki, E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1056