Türkiyə 6 sualtı qayıq inşa edəcək


15:36     24 Oktyabr 2017 593175.jpg

Türkiyənin müdafiə sistemini gücləndirmək məqsədilə 6 sualtı qayığın tikintisi planlaşdırılıb.


Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, layihə ilkin olaraq 2,7 milyard dollar dəyərləndirilir.

Sualtı qayıqların İzmir vilayətində, Gölcük tərsanəsində inşa olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə ilk yerli istehsallı "Piri Rəis" sualtı qayığını gələn ilin sonunda suya buraxacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 829