Bakının mərkəzində yeni keçid tikiləcək


15:50     24 Oktyabr 2017 yeralti%20kecid.jpg

Bakının mərkəzində yeni piyada keçidi tikiləcək. Femida.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin 9 ayın yekunları ilə bağlı hesabatında qeyd edilib.


Hesabatda qeyd edilib ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin tikintisi planlaşdırılır. Həmçinin məscidin qarşısındakı 12.6 min m2 sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, artıq 2 ildir ki, keçmiş Sovetski ərazisində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1264