`Azəravtoyol`dan Coğrafiya İnstitutuna cavab: `Dağlıq ərazilərdə yeni yollar salınmır`


16:12     24 Oktyabr 2017 anar%20necefli%20aciqlama.jpg

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov yeni yolların çəkilməsinin sürüşmələrin aktivləşməsinə səbəb olması ilə bağlı səsləndirdiyi iddialara "Azəravtoyol" ASC tərəfindən reaksiya gəlib.


Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Femida.az -a açıqlamasında bildirib ki, ümumiyyətlə "Azəravtoyol" ASC tərəfindən dağlıq ərazilərdə yeni avtomobil yolları salınmır. Sadəcə olaraq mövcud olan avtomobil yollarında təmir-bərpa işləri aparılır.

"Təmir-bərpa işləri aparılmamışdan öncə isə mütləq şəkildə həmin yollar boyu geoloji işlər aparılır və nəticələri aidiyyəti üzrə təhvil verilir. Əgər yol üçün təbii proseslərlə bağlı (zəlzələ, sürüşmə, sel və s.) hər-hansı bir təhlükə varsa bunun qarşısının alınması üçün tədbirlərdən ibarət təkliflər yolun layihəsinə salınır.
"Azəravtoyol" ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihə isə öz növbəsində bütün lazımi dövlət qurumları (aidiyyəti nazirliklər, komitə, mərkəz və idarələr) ilə razılaşdırıldıqdan və Texniki İdarənin rəyindən sonra təsdiqlənməsi üçün Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur. Yalnız sözügedən idarənin layihə ilə bağlı müsbət rəyi olduqdan sonra həmin avtomobil yolunda təmir-bərpa və ya yenidənqurmas işlərinə başlanılır",deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 1507