Meteohəssas insanlarda narahatlıq yaranacaq
16:32 24 Oktyabr 2017
Oktyabrın 25-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi əsəcək.
ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 811
Oxşar xəbərlər
- Meteohəssas insanlara – XƏBƏRDARLIQ
- Meteohəssas insanların DİQQƏTİNƏ!
- Meteohəssas insanlarda narahatlıq yaranacaq - XƏBƏRDARLIQ
- Meteohəssas insanlar narahatlıq keçirəcək
- Meteohəssas insanlarda narahatlıq yaranacaq
- Meteohəssas insanlar üçün yaxşı gün
- Meteohəssas insanlar, ehtiyatlı olun!
- Meteohəssas insanlar sabah narahat olacaq
- Meteohəssas insanlara xəbərdarlıq edildi
- Meteohəssas insanlar narahat olacaq - Sabahın hava proqnozu