Neftin qiyməti 64 dolları ötdü
13:34 07 Noyabr 2017
Dünya birjalarında neft ucuzlaşır.
Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 57,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,11% artaraq 64,20 dollar olub.
Beləliklə, neftin qiyməti 2015-ci ildən etibarən ən yüksək həddə çatdıqdan sonra cüzi neqativ dinamika nümayiş etdirir. Ötən gün Brent markalı neftin qiyməti 2015-ci ilin yayından etibarən ilk dəfə 64 dollar, WTI markalı neft isə 57 dollar həddini aşıb. Treyderlər neftin kəskin bahalaşmasını Səudiyyə Ərəbistanında kral ailəsinin bəzi üzvlərinin həbs olunması ilə əlaqələndirir.
"ASR Wealth Advisers" şirkətinin analitiki Şeyn Çenel (Shane Chanel) "Reuters" agentliyinə açıqlamasında bildirib ki, ilin sonunadək WTI markalı neftin qiyməti 60 dolları, Brent markalı neftin qiyməti isə 70 dolları ötəcək.
Hazırda neftin cüzi ucuzlaşması korreksiya ilə bağlıdır.
Femida.az
Oxunub: 3162
Oxşar xəbərlər
- Neftin qiyməti 68 dolları ötdü - Son 2 ildə ilk dəfə
- Neftin qiyməti bahalaşıb
- Neftin qiyməti 63 dolları keçdi
- Neftin qiyməti düşdü
- Neftin qiyməti psixoloji həddi aşıb
- Neftin qiyməti 58 dollara yaxınlaşır
- Neftin qiyməti bahalaşdı
- Neftin qiyməti 59 dolları ötüb
- Neftin qiyməti 53 dollara yaxınlaşır
- Neftin qiyməti 52 dollara yaxınlaşır