İranda məktəblər bağlandı


15:08     13 Noyabr 2017 iran%20zelzele.jpg

İranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.


Femida.az xəbər verir ki, məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.

Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.

Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1097