Gürcüstan hökumətində kadr dəyişikliyi olub


15:23     13 Noyabr 2017 gurcustan-bayraq.jpg

Gürcüstan hökumətində geniş struktur və kadr dəyişiklikləri həyata keçirilib.


Femida.az-ın xəbərinə görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə bir neçə nazirliyin ləğv olunaraq səlahiyyətlərinin digər nazirliklərə verildiyini deyib. O bildirib ki, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya daxili işlər naziri, maliyyə naziri Dmitri Kumsişvili iqtisadiyyat və davamlı inkişaf naziri, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze maliyyə naziri, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təhsil və elm naziri təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 497