• Ana səhifə / Manşet

Xəbər lenti

Əfqanıstan prezidenti Bakıya gələcək


Tarix 13.11.17, 17:10


Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-də baş tutacaq.


Femida.az xəbər verir ki, bu barədə "Report"a Əfqanıstan prezidentinin mətbuat xidmətindən məlumat veriblər.

Əşrəf Qəninin Azərbaycana səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi tədbirinin 7-ci Nazirlər Şurasında iştirak etməkdir.

Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, Bakıya səfəri zamanı Ə.Qəni Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə bu prosesə həmsədrlik edir. Qarşıdakı tədbirin əsas mövzusu "Asiyanın qəlbi" prosesi regionunun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələr"dir.

Femida.az

Xəbərin oxunma sayı : 97











img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img