Bakıda iki səfirliyin avtomobili toqquşdu


00:28     14 Noyabr 2017 1359952125_qeza-avariya-main.jpg

Bakıda iki səfirlik maşını toqquşub.


APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında qeydə alınıb.

Rumıniyanın Bakıdakı səfirliyinə məxsus “Audi” markalı maşın Çexiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Açar sözlər:

Oxunub: 659