Qəzaya düşən ailənin daha bir üzvü xəstəxanada öldü


00:43     14 Noyabr 2017 big_1405799282_meyit.jpg

Bakıda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.


Noyabrın 6-da paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Yaralılardan daha biri - Fətullayevlər ailəsinin üzvü Rahilə Babaxan qızı Fətullayeva noyabrın 13-də xəstəxanada dünyasını dəyişib. (APA)

Açar sözlər:

Oxunub: 619