• Ana səhifə / Manşet

Xəbər lenti

Moskvada azərbaycanlı qətlə yetirilib


Tarix 14.11.17, 9:15


Moskva vilayətində Azərbaycan vətəndaşı qətlə yetirilib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda baş verib. Naməlum şəxs "Porshe" markalı avtomobillə yaralı şəxsi xəstəxananın qarşısına gətirib və sonra hadisə yerindən qaçıb.

Moskva vilayəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtomobildə olan yaralı Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü X.Nərimanov olub. Həkimlər onun üzərində bıçaq yaraları aşkar ediblər.

Azərbaycan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə baş verməsini araşdırırlar.

Femida.az

Xəbərin oxunma sayı : 715











Hüquq-mühafizə
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img