Telman İsmayılov Fransaya sığındı


15:05     14 Noyabr 2017 telman%20ismayilov.jpg

Azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı məhkəmə qiyabi həbs qərarı çıxarıb.


Femida.az-ın məlumatına görə, iki nəfərin qətlində şübhəli bilinən iş adamı haqqında beynəlxalq axtarışa verilib. Rusiya mətbuatının xəbərinə görə, İsmayılov Fransaya sığınıb.

Bildirilib ki, Telman və qardaşı Vaqif İsmayılov Türkiyənin Antalya bölgəsində yerləşən "Mardan palace" otelinin yaxınlığındakı villasında qalırmış. Bu yaxınlarda isə onlar Türkiyəni tərk ediblər.

Qardaşlar Türkiyənin onları Rusiyaya təhvil verəcəyini düşünüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 2166